Döyüş təyyarələrinin nümayişini izləyən 5 nəfər istidən öldü

17:09 - 7 Oktyabr 2024

Döyüş təyyarələrinin nümayişini izləyən 5 nəfər istidən öldü

Hindistanın Tamil Nadu əyalətinin Çennai şəhərində Hindistan Hərbi Hava Qüvvələrinin nümayişini izləmək üçün gedən 5 tamaşaçı istidən ölüb, 100-ə yaxın adam xəstəxanaya yerləşdirilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümünü qeyd etmək üçün Çennaydakı Marina çimərliyində tədbir keçirilib .

Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian tədbirdə 5 nəfərin isti vurması və susuzluqdan öldüyünü, 100-ə yaxın tamaşaçının isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Tədbiri təşkil edən Tamil Nadu ştatının baş naziri M.K.Stalini pis planlaşdırma, səhlənkarlıq və yanlış idarəetməyə görə tənqid ediblər.


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin