"Dost deyilik, Elnarənin mənə qarşı xislətini gördüm"

16:55 - 7 Oktyabr 2024

Müğənni Natavan Həbibi küsülü olduğu Elnarə Xəlilovadan danışıb.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, yutubda yayımlanan "ORGnal" layihəsində qonaq olan ifaçı həmkarını ona qarşı paxıllıqda ittiham edib:

"Onlarla (Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilova - red.) aramızda söhbət düşdü və konfliktimiz yarandı. Sonuncu gün biz işə gedəndə Elnarənin qoluna girdim və ona bununla bağlı sual verdim ki, səbəbini de. Səbəbini deyəndə anladım ki, orada xislət hissi var idi. Düşünürəm ki, indi Elnarə mənə o cavabı verməz. Nəyin ki, mənə heç kimə. Çünki o beləcə bir çox şeyi bürüzə vermiş olar. O mənə göstərdi ki, mən tərəfdən onu bir çox şeylər narahat edib. Olan oldu, ondan bunu görmüşəm. Düşündüm ki, böyüyüb, artıq etməz. Amma var idi. Bizim dostluğumuz alınmayıb. Heç dost da deyildik, iş yoldaşı idik. Biz heç vaxt dost olmamışıq. İş üçün bir araya toplanmış insanlar idik. Məcbur hər gün bir yerdə vaxt keçirirdik".

Qeyd edək ki, Elnarə və Natavan "W-trio" qrupunda birlikdə çalışıblar. Qrup dağılandan sonra Röya, Natavan və Elnarə arasında qalmaqal yaşanıb və onlar uzun müddət küsülü qalıblar. 


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin