Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
15:59 - 7 Oktyabr 2024
Şənbə və bazar günləri paytaxt yollarında hərəkət intensivliyinin azalmasından istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri, körpü və piyada keçidlərinin, həmçinin yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılıb.
Manset.az xəbər verir ki, bu çərçivədə “20 Yanvar dairəsi”ndə yerləşən avtomobil körpüsünün, Ziya Bünyadov prospektində yerləşən piyada keçidlərinin və yol elementlərinin yuyularaq təmizlənməsi, həmçinin Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində və “Xutor dairəsi” adlanan ərazidə yerləşən avtomobil tunellərində zəruri təmir işləri icra olunub.
Sözügedən işlər zamanı körpü, keçid və tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin