Məşhur futbolçu ada alır - Qiyməti dodaq uçurdur

14:17 - 7 Oktyabr 2024

Məşhur futbolçu ada alır - Qiyməti dodaq uçurdur

Braziliyalı futbolçu Neymarın 7 milyon funt sterlinq, təxminən 1,560,860 Azn dəyərində ada almağı planlaşdırdığı iddia edilib. Rio de Janeyronun cənub-qərbində yerləşən ada füsunkar mənzərəsi ilə diqqəti cəlb edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur futbolçu və Dubaylı daşınmaz əmlak investoru Şeyx Mohammed Binghatti adanı "sınamaq" üçün bu ayın sonunda 40 min funt-sterlinqdən çox (90 min manat) kirayə haqqı ödəyəcək.

Neymarın keçmiş həyat yoldaşı Bruna Markezin də keçmişdə bu adada vaxt keçirən insanlar arasındadır.

Yalnız qayıq və ya vertolyotla əldə edilə bilən bu lüks istirahət yeri 10-a qədər qonağı qəbul edə bilər və Rio de Janeyro Beynəlxalq Hava Limanından təxminən 35 dəqiqəlik vertolyotla getmək olar.


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin