"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
13:11 - 7 Oktyabr 2024
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 1/4 oyunları keçirilib.
Manset.az xəbər verir ki, növbəti mərhəliyə vəsiqə qazanan 8 komanda arasında oktyabrın 5-də 4 qarşılaşma baş tutub.
Tennis Akademiyasında ilk olaraq sahəyə saat 20:00-da “Ardanış” ilə AzTv çıxıb. AFFA hakimləri Kənan Məlikov və İmran Məhərrəmov idarə etdiyi oyun gərgin mübarizə və qarşılıqlı hücum şəraitində keçib. Baxımlı oyun nümayiş etdirən hər iki komanda qələbə üçün əlindən gələni edib. Lakin daha əzmkar oynayan ardanışlılar görüşdən 11:5 hesablı qələbəsi ilə ayrılıblar.
Komandaların heyətləri:
“Ardanış” – Elvin İsmayılov, Azər Hüseynov, Kamran Əhmədli, Elçin İsmayılov, Ramiz Hüseynov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emin İmaməliyev, Ramin Musayev, Əsgər İbrahimov, Rasim Həsənov.
AzTv – Ümid Süleymanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Elxan Cəbrayılov, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Əbülfəz Şamiyev, Cavidan Şükürov.
Bakı Tennis Akademiyası
5 oktyabr
1/4
20:00 “Ardanış” – AzTv – 11:5
Qollar: Ramiz Hüseynov 3, Azər Hüseynov 2, Əsgər İbrahimov 2, Ayxan Abbasov 1, Emin İmaməliyev 1, Emin Ələsgərov 1, Elçin İsmayılov 1 – (“Ardanış”)
Elxan Cəbrayılov 2, Cavidan Şükürov 2, Ümid Süleymanov 1 – (AzTv)
Hakimlər: Kənan Məlikov, İmran Məhərrəmov
Saat 21:00-da “Gənclər 2020” “Veteranlar”ı sınağa çəkib. Bərabaər səviyyədə keçən matçda əvvəlcə veteranlar hesabda önə keçiblər. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə cənclər üstünlüyü ələ alaraq rəqib qapıdan top keçirməyi bacarıblar. Oyunun sonlarınadək hesab dəyişməyib- 1:1. Bundan sonra turnirin əsasnaməsinə əsasən komandalar penalti zərbələri yerinə yetitiblər. “Veteranlar” 5 penaltidən yaınız 1 zərbəni dəqiq yerinə yetiblər. “Gənclər 2020” isə 5 zərbədən 4-nü qola çevirərək ümumi 5:2 hesablı qələbə ilə yarımfinala vəsiqə qazanıblar.
Komandaların heyətləri:
“Gənclər 2020” – Bayram Əliyev, Elnur Ağamalıyev, Rauf Məhəmmədov, İlkin Kərimli, Ümman Ağamalıyev, Bürhan Hətəmli, Fariz Ağamalıyev, Emil Qurbanzadə, Tural Nağıyev, Ruslan Hətəmli, Ruslan Əliyev, Mustafayev Elvin.
“Veteranlar” – Natiq Vəliyev, Aqil Qurbanov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Raul Məmmədli, İmaməddin Zeynalov, Bayram Süleymanov, Heydər Xudiyev, Emin Qasımov, Murad Vəliyev, İsrafil İsmayılov, Zaur Hüseynov.
Bakı Tennis Akademiyası
5 oktyabr
1/4
21:00 “Gənclər 2020” – “Veteranlar” – 1:1 (penalti 4:1)
Qollar: Pünhan Hətəmli 2, Ümman Ağamalıyev 1, Ruslan Əliyev 1, Emin Qurbanov 1 – (“Gənclər 2020”)
Emin Qasımov1, Aqil Qurbanov 1 – (“Veteranlar”)
Hakimlər: Kənan Məlikov, İmran Məhərrəmov
Saat 22:00-da “Turan” və “Qoşabulaq” güclərini yoxlayıb. Qarşılıqlı mübarizə şəraitində keçən matç maraqlı epizodlarla yadda qalsa da “Qoşabulaq” bir neçə dəfə qol vəziyyətindən yararlana bilməyib. Rəqibin bu imkansızlığından yaralanan “Turan” komandası olub. Belə ki, əks-hücum həmləsi ilə rəqibinin qapısından 6 cavabsız top keçirib və adını yarımfinala yazdırıb.
Komandaların heyətləri:
“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.
“Qoşabulaq” – Hidayət Xudiyev, Məcnun Məmmədov, Elməddin Əhmədov, Xəlil Əlilli, Xaliq Musayev, Elgün Yusibov, Bəxtiyar Əliyev, Xıdır Yusibov, Anar Verdiyev, Adil Alıyev, İlqar Xələfli, Əfqan Əliyev, Tahir Ələsgərov.
Bakı Tennis Akademiyası
5 oktyabr
1/4
22:00 “Turan” – “Qoşabulaq” – 6:0
Qollar: Fuad Əliyev 3, Asif Yolçiyev 2, Kamran Rəhimli 1 – (“Turan”)
Hakimlər: Ramil Namazov, Kənan Məlikov
Günün son matçında saat 23:00-da “Göyçə” ilə “Zəfər 44” qarşılaşıb. İlk hissədə bərabər oyun nümayiş etdirən komandalar hərəyə 4 qol vurublar. İkinci hissədə aktivliyi artıran göyçəlilər hərbçilərin qapısından daha 5 qol vuraraq hesabı 9:5 ediblər. “Zəfər 44” isə bir neçə dəfə bariz qol vəziyyətindən yaralana bilməyib və turnirlə vidalaşmalı olub. “Göyçə” isə yarımfinala vəsiqə qazanan dördübcü komanda olub.
Komandaların heyətləri:
“Göyçə” – Əkbər Hüseynli, Elcan Cabbarlı, Oruc Məmmədov, Rəvan Alışov, Aslan Bağırov, Seymur Usanov, Yaşar Abbas, İlkin Babayev, Əbülfət Abbasov, Anar Əliyev, Anar Qasımov, Nihad Yusibov.
“Zəfər 44” – Saməddin Əhmədov, Bayramov Ruslan, Mahmudov Fərrux, Əliyev Babək, Zülfuqarov Elçin, Fərzəliyev Murad, Qafarli İsmayil, Rufullayev Mirəhməd, Teyyubov Ramin, Məmmədov Dilqəm, Asif Məmmədov, Rövşən İsmayilov.
Bakı Tennis Akademiyası
5 oktyabr
1/4
23:00 “Göyçə” – “Zəfər 44” – 9:4
Qollar: Yaşar Abbas 2, İlkin Babayev 2, Anar Əliyev 2, Nihad Yusibov 1, Anar Qasımov 1, Oruc Məmmədov 1 – (“Göyçə”)
Murad Fərzəliyev 2, Babək Əliyev 1, Fərrux Mahmudov 1 – (“Zəfər 44”)
Hakimlər: Ramil Namazov, Kənan Məlikov
Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin