İsraildə Anım günü ilə bağlı tədbir keçirilir

13:01 - 7 Oktyabr 2024

İsraildə Anım günü ilə bağlı tədbir keçirilir

"İsrail şəhərlərində 2023-cü il oktyabrın 7-də HƏMAS hücumu qurbanlarının xatirəsinə təntənəli mərasimlər keçirilir".

 

Manset.az bu barədə "The Times of Israel" nəşrinə istinadən xəbər verir.

İsrail Prezidenti İsaak Hersoq 7 oktyabr 2023-cü ildə Nova musiqi festivalının keçirildiyi yerin yaxınlığında səhər saatlarında mərasimə qatılıb. Saat 10:30-da - HƏMAS-ın İsrailə hücum etdiyi vaxt bir dəqiqəlik sükutla yad edilib.

 İsrail Müdafiə Nazirliyi HƏMAS və Hizbullaha qarşı mübarizənin bir ilinin statistikasını açıqlayıb.  Departamentin məlumatına görə, ötən il oktyabrın 7-dən İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS və digər qruplaşmaların 17 minə yaxın üzvünü məhv edib. Anklavda təqribən 40,3 min hədəf vurulub, 4,7 minə yaxın tunel aşkarlanıb. İsrail ordusu həmçinin Livanda 800-ə yaxın Hizbullah üzvünü məhv edib.


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin