Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:44 - 7 Oktyabr 2024
Şimali Koreya Rusiya ilə münasibətlərini pisləyən NATO-ya reaksiya verib və təşkilatın ölkənin maraqlarını pozmağa davam edəcəyi təqdirdə bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda NATO-nun Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələri pisləməsi ilə bağlı bu ifadə işlədilib:
“NATO ABŞ-nin döyüş alətindən başqa bir şey deyil”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Rusiya lideri Putin razılaşmanın tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım edəcəyini vəd etdiyini bildirib.
Şimali Koreya lideri Kim Çen In isə razılaşmanı “pakt” kimi qiymətləndirib və münasibətlərin yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin