Sabirabadda qadın intihara cəhd etdi

20:33 - 25 İyun 2021

Sabirabadda qadın intihara cəhd etdi

Sabirabadda qadın sirkə turşusu içərək özünə qəsd edib.

Manset.az xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 1973-cü il təvəllüdlü Səmədova Yaqut Rizvan qızı sirkə turşusundan zəhərlənib.

O, mədə və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qohumlarının bildirdiyinə görə, qadın mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyülüb və zorakılığa məruz qalıb. O, bir müddət əvvəl bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin