Ukraynaya F-16 qırıcılarının ilk partiyası tədarük edildi

10:09 - 7 Oktyabr 2024

Ukraynaya F-16 qırıcılarının ilk partiyası tədarük edildi

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans F-16 qırıcılarının ilk partiyasının Ukraynaya təhvil verildiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“İlk dəfə olaraq Ukraynaya ilk Hollandiya F-16-larının gətirildiyini rəsmi şəkildə elan edə bilərəm”, - Brekelmans bildirib.

Məlumata görə, göndərilən təyyarələrin sayı məlum deyil.

Ukraynanı F-16-larla təmin etməyi öhdəsinə götürən Hollandiya və Danimarka, ukraynalı pilotların yetişdirildiyi "F-16 koalisiyası"na rəhbərlik edir.

Xatırladaq ki, avqustun əvvəlində Danimarka Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsen ilk F-16-ların Ukraynaya gəldiyini təsdiqləmişdi. Ölkə ilin sonuna qədər daha bir partiya göndərmək niyyətindədir. Ümumilikdə isə Kopenhagen Kiyevi 19 qırıcı ilə təmin edəcəyinə söz verib.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin