Bakıda yeniyetməni avtomobil vurub öldürdü- Sürücü qaçdı

09:15 - 7 Oktyabr 2024

Bakıda yeniyetməni avtomobil vurub öldürdü- Sürücü qaçdı

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Kərimov İlkin Kamal oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

7 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin