Ermənistanda hakimiyyət əleyhinə aksiya keçirilir

00:30 - 7 Oktyabr 2024

Ermənistanda hakimiyyət əleyhinə aksiya keçirilir

Ermənistanın paytaxtı İrəvanın "Müqəddəs Hərəkat" "Respublika" meydanında Baqrat Srbazanın rəhbərliyi ilə mitinq keçirir.

 

Manset.az Report-a istinadən xəbər verir ki, mitinqdən sonra Baqrat Srbazan və tərəfdarları canlı yayım tələbi ilə İctimai Televiziyanın binasına doğru yürüş ediblər. Telekanalın direktoru bildirib ki, onlar yepiskopun canlı müsahibəsini efirə verə bilərlər. Baqrat Srbazan bununla razılaşıb və İctimai Televiziyada danışıb.

O, həmçinin bildirib ki, bu toplanışla mübarizənin həlledici mərhələsi başlayır.

Baqratın sözlərinə görə, tərəfdarları ilə Konstitusiya Məhkəməsinin binasına gedəcək. Srbazan həmçinin Konstitusiya Məhkəməsinin bütün keçmiş və indiki hakimlərini məhkəmənin qarşısına çıxmağa dəvət edib.

Baqrat Srbazan növbəti addımları Konstitusiya Məhkəməsində açıqlayacaqlarını bildirib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin