İraqın XİN başçısı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırıldı

23:28 - 6 Oktyabr 2024

İraqın XİN başçısı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırıldı

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

 

Manset.az xəbər verir ki, N.Məmmədov bu barədə “X”dəki hesabında yazıb.

Görüşdə ölkələr arasında ikitərəfli gündəliyin geniş müzakirəsi aparılıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulanıb.

Nazir COP-29-a hazırlıq, həmçinin COP-29 zamanı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin