Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
13:12 - 6 Oktyabr 2024
Amerikalı milyarder və “X”in sahibi İlon Mask Butlerdə (Pensilvaniya) keçirilən mitinqə ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampı dəstəkləməyə gedib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask səhnəyə atılaraq Trampı dəstəkləyib.
O, səhnədə demokratların əleyhinə danışıb və amerikalıların elementar hüquqlarını əlindən almaq istəyənlərin məhz onlar olduğunu bildirib:
“Xarakterin əsl sınağı insanın atəş altında necə davranmasıdır. Pilləkənləri çıxa bilməyən bir prezidentimiz var idi, vurulandan sonra yumruğunu sıxıb qaldıran başqa bir prezidentimiz var idi”.
Maskın sözlərinə görə, onlar söz azadlığını, silah hüququnu əlindən almaq və əslində insanları səsvermə hüququndan məhrum etmək istəyirlər.
Qeyd edək ki, milyarderin başında “Amerikanı yenidən möhtəşəm et” şüarı yazılmış qara papaq olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin