"Real"ın kapitanı ciddi zədə aldı

09:58 - 6 Oktyabr 2024

İspaniya La Liqasının IX turunda "Real"ın kapitanı Danı Karvahal ciddi zədə alıb.

 

Manset.az xəbər verir ki, "Kral klubu"nun doğma meydanda "Vilyarreal"ı qəbul etdiyi matçın son anlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub.

Göz yaşlarını saxlaya bilməyən Karvahal meydanı xərəktə tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, qarşılaşma "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin