Hacıqabulda ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

23:27 - 5 Oktyabr 2024

Hacıqabulda ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin