Bakıda bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi

22:19 - 5 Oktyabr 2024

Bakıda bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi

Bu gündən etibarən Bakının Nəsimi rayonundakı Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq.

 

Bu barədə məlumatı Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yayıb.

Məhdudiyyətlər səbəbindən 21, 30, 32, 49 və 120 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsinə yönləndiriləcək.

Agentlik sürücülərdən aparılan işlərə anlayış göstərmələrini və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin