Azərbaycan yığma komandası dünya çempionatına yola salındı

21:29 - 5 Oktyabr 2024

Azərbaycan yığma komandası dünya çempionatına yola salındı

Bu gün Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı, Zeyd İdman Mərkəzinin prezidenti Vüqar Tağıyev və mərkəzin nümayəndələri Qrapplinq üzrə Qazaxıstanda keçiriləcək dünya çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçiriblər.

 

Manset.az xəbər verir ki, görüşdə federasiya prezidenti və məsul şəxslər komandanın hazırlığı, qarşıdakı yarışın yığma üçün əhəmiyyəti haqda söz açmış, hakimlərə, məşqçilərə və idmançılara öz tövsiyələrini veriblər. ZFC rəhbərliyi idmançılara öz dəstəyini ifadə edib və daim yığmanın yanında olduqlarını bildiriblər.

Hakim heyətinin rəhbəri Elvin Rəhimov, baş məşqçi Əkbər Hadıyev çıxışlarında yığmanın yarışa tam hazır olduğunu, federasiya rəhbərliyinə və tərəfdaşlara minnətdarlıqlarını bildiriblər. Yığma üzvlərinə yeni idman geyimləri təqdim olunub.

Görüşün sonunda xatirə şəkili çəkilib.

Xatırladaq ki, 7-12 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə dünya çempionatı keçiriləcək. Yarışda Azərbaycandan 40-nəfərlik heyət iştirak edəcək.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin