Ucarda ağır qəza - Ölən var

18:52 - 5 Oktyabr 2024

Ucarda ağır qəza - Ölən var

Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

 

Manset.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin