Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu

16:32 - 5 Oktyabr 2024

Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər "Məharət-2024" təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin