"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
15:51 - 5 Oktyabr 2024
Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Manset.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.
Araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimov oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satıb.
Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin