Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazandı

15:36 - 5 Oktyabr 2024

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən “Denis Ten Memorial Challenge” turnirində qüvvəsini sınayıb.

 

Manset.az xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə çıxış edib.

V.Litvintsev 246.00 xal toplayaraq, yekun nəticədə 12 idmançı arasında 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.


Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin