Türkiyəli jurnalistlər Bakıda: Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olundu - FOTOLAR

12:21 - 5 Oktyabr 2024

Türkiyəli jurnalistlər Bakıda: Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olundu - FOTOLAR
Oktyabrın 5-də Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq. 


Manset.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək. Bu futbol matçı ilə əlaqədar dünən Türkiyənin tanınmış jurnalistləri Azərbaycana gəlib. Türkiyəli jurnalistləri Heydər Əliyev Beynəlxalq Hava Limanında azərbaycanlı həmkarları qarşılayıb. Türkiyə mediasından Azərbaycana TRT televiziyasının əməkdaşları Halil Kılıç, Furkan Karataş , Malik Ezber , Ahmet Yüksel  və Anadolu Agentliyinin əməkdaşları Muammer Özkan,Ceyhun Altundağ  və Uğur Demir gəliblər.

Qarşılanma mərasimindən sonra Türkiyə və Azərbaycanın media nümayəndələri Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər Xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Jurnalistlər daha sonra Türkiyə Səfirliyinin Din müşavirinin qonağı olublar.

Bu görüşdən sonra Türkiyə mediasının nümayəndələrinin şərəfinə Biz – bize restoranlar şəbəkəsində ziyafət təşkil edilib.

Xatırladaq ki, Türkiyənin tanınmış jurnalistləri Azərbaycanda 3 gün qonaq olacaqlar.

Qeyd edək ki, iki qardaş ölkənin media nümayəndələrinin görüşü oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un stadionunda keçiriləcək.

Qeyd edək ki, tədbirin sponsorları  Smart Hotels Group şirkəti, Safran Hotel ,Skal International Baku, Turan restoranı və Biz- Bize restoranlar şəbəkəsidir.



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin