Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO

10:08 - 5 Oktyabr 2024

Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində bu gün 1/4 oyunları  keçiriləcək.

 

Manset.az xəbər verir ki, 4 qrup üzrə mübarizədə növbəti mərhələyə vəsiqə qazanmış 8 komanda arasında oktyabrın 5-də 4 qarşılaşma baş tutacaq.

Bakı Tennis Akademiyasında ilk görüş saat 20:00-da başlayacaq. Sahəyə C qrupunu lider tamamlayan “Ardanış” ilə D qrupunun ikincisi AzTv çıxacaq.

Saat 21:00-da B qrupunun birincisi olan “Gənclər 2020” A qrupunun ikincisini –  “Veteranlar”ı sınağa çəkəcək.

Saat 22:00-da A qrupunun birincisi “Turan”  B qrupunun ikincisi “Qoşabulaq” ilə mübarizə aparacaq.

Saat 23:00-da isə D qrupunun lideri “Göyçə” ilə C qrupunda ikinci olan “Zəfər 44” komandaları qarşılaşacaq.

Oyunları AFFA tərəfindən ayrılmış hakimlər idarə edəcəklər.

OYUNLARIN CƏDVƏLİ

5 oktyabr

4/1

A1-B2 – 20:00

A2-B1 – 21:00

C1-D2 – 22:00

C2-D1 – 23:00“

12 oktyabr

YARIMFİNAL

A1-C2 – 20:00

D2-B1 – 21:00

13 oktyabr

19:00 – 3-cü yer

20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma

BOMBARDİRLƏR CƏDVƏLİ

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

TURNİR CƏDVƏLİ

 



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin