Mustafa Sandal Bakıda - VİDEO/FOTO

09:44 - 5 Oktyabr 2024

Mustafa Sandal Bakıda - VİDEO/FOTO

Türkiyənin məşhur pop ulduzu Mustafa Sandal Bakıya gəlib.

 

Manset.azxəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Paytaxtı gəzib dolaşan Sandal yolunu İçərişəhər və Qoşa Qaladan salıb.

Mustafa Qız Qalasının önündə küçə musiqiçinin “Hanq” adlı musiqi alətində ifasını lentə alaraq “Bakıdan musiqi dolu sevgilərlə” qısa şərhini yazaraq, izləyiciləri ilə bölüşüb.

Sənətçinin şəhərimizə gəlməsinin səbəbi toyda çıxış etməsi olub.

Dəbdəbəli restoranlardan birində keçirilən məclisdə Mustafa hit və sevilən mahnılarını səsləndirərək ailə quran cütlüyü və qonaqları əyləndirib.

Toyda iştirak edən qonaqlar çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

 



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin