Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır

08:30 - 5 Oktyabr 2024

Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır

Araşdırmalara görə, 16 həftə ərzində müntəzəm olaraq üzüm istehlakı yaşlı insanlarda görmə qabiliyyətini yaxşılaşdıra bilər.

 

Manset.az Lent.az-a istinadən bildirir ki, Sinqapurda aparılan son araşdırma üzümün göz sağlamlığı üçün yeni faydasını müəyyən edib. 

Yaşlı insanlarda görmə problemlərinin yaranmasına səbəb olan əsas amillər oksidləşdirici stress və göz toxumalarında qlikasiya məhsullarının yığılmasıdır. Bu proseslər retinanın damarlarını zədələyir, hüceyrə funksiyasını pozur və müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır.

Gözlərdə yaşa bağlı mənfi dəyişikliklərin qarşısını almağın bir yolu antioksidantlarla zəngin qidalar yeməkdir. Üzüm məhz belə bir məhsuldur. Tərkibindəki polifenollar və antioksidantlar oksidləşdirici stressi azaltmağa və qlikasiya prosesini yavaşlatmağa kömək edir ki, bu da retinanın sağlamlığına və xüsusən də makula piqment optik sıxlığına (MPOD) müsbət təsir göstərir.

34 nəfərin iştirak etdiyi araşdırmada onların yarısı 16 həftə ərzində hər gün 1,5 stəkan üzüm qəbul edib. Üzüm yeyən iştirakçılar MPOD, plazma antioksidan gücü və bədən fenolik tərkibində əhəmiyyətli artımlar göstəriblər. Eyni zamanda, üzüm yeməyənlərdə zərərli qlikasiya məhsullarında artım müşahidə olunub.

Faydalı xüsusiyyətlərinə baxmayaraq, həddindən artıq istehlak, artan kalorili suqəbuledici, mümkün allergik reaksiyalar və şişkinlik kimi arzuolunmaz təsirlərə səbəb ola bilər.

Üzümün müntəzəm, lakin orta səviyyədə istehlakı xüsusilə yaşlı insanlar üçün göz sağlamlığını və görmə kəskinliyini qorumaq üçün əla bir yol ola bilər.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin