Prezident onları təltif etdi - SİYAHI
23 Noyabr 2024
21:32 - 4 Oktyabr 2024
İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İnstitutu (ESRI), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkiyənin “İKSAD” İnstitutunun təşkilatçılığı ilə “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumu keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə müvafiq qurumların və ali məktəblərin nümayəndələri, İƏT ölkələrinin təmsilçiləri, foruma məqalə və tezisləri ilə töhfə verən şəxslər iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli yeni dövrün qlobal çağırışları fonunda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli iqtisadi əməkdaşlığı, eləcə də yeni nəsil iqtisadiyyatın tələblərinə uyğun tərəfdaşlığın mümkün istiqamətləri haqqında məlumat verib. Tədbirdə regionda iqtisadi problemlərin həlli yolları və imkanların araşdırılması baxımından beyin mərkəzlərinin əhəmiyyəti vurğulanıb. Beyin Mərkəzləri Forumu region ölkələri arasında elmi-tədqiqat əlaqələrinin inkişafı üçün mühüm platforma kimi qiymətləndirilib. Həmçinin tədbir iştirakçıları Azərbaycanın tranzit ölkə kimi potensialı haqqında məlumatlandırılıb.
ESRI-nin İdarə Heyətinin sədri Şahin Sadıqov tədqiqat mərkəzləri və institutlarının dövlət siyasətinin formalaşmasına töhfələri haqqında fikirlərini bölüşüb, Bakıda yaradılacaq İƏT-in Tədqiqat Mərkəzi ilə bağlı məlumat verib.
Tədbirdə İƏT-in Baş katibinin müavini Jandos Asanovun forum üçün çıxışının mətni oxunub. Çıxışda beyin mərkəzləri sahəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsindən bəhs olunub, Beyin Mərkəzləri Forumunun təşkilinə görə təşəkkür ifadə edilib.
İKSAD İnstitutunun direktoru Mustafa Latif Emek regionun beyin mərkəzləri və institutları arasındakı tərəfdaşlıqlar çərçivəsində reallaşdırılacaq birgə tədqiqatların iqtisadi faydaları barəsində fikirlərini bölüşüb.
Tədbirdə İƏT ölkələrindən olan və yerli nümayəndələrin “Yaşıl inkişaf: enerji, infrastruktur və milli strategiyalar”, “Yeni iqtisadi düşüncə və rəqəmsallaşma” və “Yeni nəsil iqtisadiyyatın təsir dairəsində” sessiyaları üzrə panel müzakirələri olub.
Forumda Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov və Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Oraz Murtazozoda imzalayıblar. Anlaşma Memorandumunun məqsədi qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyəti təşviq etmək üçün tərəflər arasında birbaşa elmi və tədqiqat əlaqələri yaratmaqdır. Bu sənədlə qarşılıqlı tədqiqat fəaliyyəti üçün zəmin yaradılacaq, azərbaycanlı və tacikistanlı ekspertlər arasında fikir və məlumat mübadiləsi inkişaf etdiriləcək.
Tədbir çərçivəsində iştirakçılara ESRI-nin nəşrləri təqdim edilib. Həmçinin, ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynovanın “Yeni nəsil iqtisadiyyat: rəqəmsallaşma və inkişaf” kitabının təqdimatı olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin