Bakıda yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB

22:12 - 4 Oktyabr 2024

Bakıda yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakının Nizami rayonunun Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində baş verən yanğın yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170 kvadratmetr olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.

 

Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40 kvadratmetr sahədə ikinci mərtəbənin bir otağı yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

21:04

Paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verib.

Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin