Almaniyada islam dininin yayılmasının qarşısını almaq üçün yeni qurum yaradıldı

17:33 - 4 Oktyabr 2024

Almaniyada islam dininin yayılmasının qarşısını almaq üçün yeni qurum yaradıldı

Almaniya Daxili İşlər Naziri Nensi Faeser radikallaşmanın ilkin mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün “İslamizmin qarşısının alınması üzrə İş Qrupu” adlı yeni bir qrum yaradıldığını açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nazirliyin saytında dərc olunan açıqlamaya görə, “İslamçılığın qarşısının alınması üzrə İşçi Qrupu” onlayn platformalarda xüsusilə gənclərin məruz qaldığı radikallaşma proseslərinin qarşısının alınmasına yönələcək.

"İnternetdə və çatlarda getdikcə daha çox gənc cinayətkarların radikallaşdığını görürük. Bu radikallaşma proseslərini daha əvvəl tanımalı və dayandırmalı və mümkünsə daha çox gəncin qarşısını almalıyıq", - nazir bildirib.

Qeyd edək ki, qurum iki illik fəaliyyəti çərçivəsində hər altı aydan bir Almaniya Daxili İşlər Nazirliyinə yeni tədbirlər və tövsiyələr təqdim etməklə radikallaşmanın qarşısının alınması üçün tədbirlər hazırlamaq məqsədi daşıyır.

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin