"Qalatasaray" oyunçularının bazar qiymətləri yeniləndi

16:08 - 4 Oktyabr 2024

Transfermarkt "Qalatasaray" futbolçularının bazar qiymətlərini yeniləyib.

 

Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir.

"Qalatasaray"da bazar dəyəri artan futbolçular Barış Alper Yılmaz, Qabriel Sara, Elias Jelert, Yunus Akgün və Metehan Baltacı olub. Barış Alperin bazar dəyəri 1 milyon avro artaraq 21 milyon avroya çatıb. Avro 2024-də bazar dəyərini artıran Yılmaz, bu yeniləmədə də dəyərini artırmağı bacarıb.

"Sarı-qırmızılar"ın uğurlu futbolçusu Qabriel Sara dəyərini 18 milyon avrodan 20 milyon avroya yüksəldib. Braziliyalı futbolçu son 9 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Elias Jelertin dəyəri 5,5 milyon avrodan 8 milyon avroya çatıb. "Qalatasaray" danimarkalı futbolçunu 9 milyon avroya heyətinə qatıb.

"Qalatasaray"ın əsas transferlərindən olan Viktor Osimhenin bazar dəyəri 100 milyon avrodan 75 milyon avroya düşüb. Lakin əgər qış transferindən sonra komandada qalsa, onun vəziyyəti yenidən qiymətləndiriləcək. Abdülkerim Bardakcı da həm yaşının irəliləməsi, həm də performansının aşağı düşməsi səbəbindən qiymətindən 1,5 milyon avro itirib.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin