"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
16:01 - 4 Oktyabr 2024
Avropa İttifaqı Rusiyaya müdafiə sektorunda kömək etdiyinə görə İrana qarşı sanksiyalar paketi hazırlayır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mənbələrin məlumatına görə, sanksiyalar maşınqayırma, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, 10-na yaxın fiziki və hüquqi şəxsə şamil ediləcək. Bununla belə, sanksiyaların qəbulu bütün Aİ dövlətlərinin dəstəyini tələb edir.
Həmçinin ABŞ İsrailə son raket hücumuna görə Tehrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib və müttəfiqlərini də eyni addımı atmağa çağırır.
Sentyabr ayında Kreml bəyan edib ki, İranın Rusiyaya raket tədarükü ilə bağlı xəbərlər heç bir əsasa malik deyildir. Öz növbəsində İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, İranın ballistik raketlərinin Rusiyaya tədarükü ilə bağlı Qərb ölkələrində yayılan xəbərlər reallığa uyğun gəlmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin