"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
15:53 - 4 Oktyabr 2024
Böyük Britaniyanın Uels şəhərində maraqlı oğurluq hadisəsi baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
36 yaşlı Damian Wojnilowicz bir qadının evinə girib, paltarlarını asıb, alış-verişini yerləşdirib və mətbəxdə yemək bişirib. Qadın işdən evə qayıdanda bağdakı əşyaların yerindən tərpəndiyini görüb. Təkrar emal qutusu boşaldılmış, hətta quş yemləri də doldurulmuşdu.
Evdə daha da təəccüblü detallar var idi. Soyuducudan götürülmüş inqrediyentlərlə yemək hazırlanıb, çantada olan məhsullar soyuducuya yerləşdirilib. Köhnə mətbəx ləvazimatları atılaraq yenisi ilə əvəz olunub. Diş fırçalarının başlıqları dəyişdirilib və qonaq otağında konfetlə dolu kasa qoyulmuşdu.
Sonda isə o gedərkən “Narahat olma, xoşbəxt ol, ye” yazaraq ev sahibinə məktub buraxıb.
Hadisə hər kəsin marağına səbəb olub.
Həmin şəxsin fotosu:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin