Oğru yeməyi bişirdi, paltarları asdı və ev sahibinə məktub yazdı - FOTO

15:53 - 4 Oktyabr 2024

Oğru yeməyi bişirdi, paltarları asdı və ev sahibinə məktub yazdı - FOTO

Böyük Britaniyanın Uels şəhərində maraqlı oğurluq hadisəsi baş verib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

36 yaşlı Damian Wojnilowicz bir qadının evinə girib, paltarlarını asıb, alış-verişini yerləşdirib və mətbəxdə yemək bişirib. Qadın işdən evə qayıdanda bağdakı əşyaların yerindən tərpəndiyini görüb. Təkrar emal qutusu boşaldılmış, hətta quş yemləri də doldurulmuşdu.

Evdə daha da təəccüblü detallar var idi. Soyuducudan götürülmüş inqrediyentlərlə yemək hazırlanıb, çantada olan məhsullar soyuducuya yerləşdirilib. Köhnə mətbəx ləvazimatları atılaraq yenisi ilə əvəz olunub. Diş fırçalarının başlıqları dəyişdirilib və qonaq otağında konfetlə dolu kasa qoyulmuşdu.

Sonda isə o gedərkən  “Narahat olma, xoşbəxt ol, ye” yazaraq ev sahibinə məktub buraxıb.

Hadisə hər kəsin marağına səbəb olub.

Həmin şəxsin fotosu:

Oğru yeməyi bişirib paltarları asıb və ev sahibinə qeyd qoyub.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin