Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
15:29 - 4 Oktyabr 2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki ilə Əfqanıstan nizamlanması və ticarət-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir ki, Lavrov və Muttaki arasında görüş Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələrin altıncı iclası çərçivəsində baş tutub.
“Söhbət zamanı tərəflər Əfqanıstan nizamlanması məsələlərini, o cümlədən Moskva və Kabil arasında ikitərəfli əməkdaşlığı müzakirə edərək, Rusiya və Əfqanıstanın etimadlı siyasi münasibətlərin saxlanmasında və qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın qurulmasında qarşılıqlı marağı xüsusi vurğulanıb. Həmçinin energetika və kənd təsərrüfatı sahələrində layihələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib”, - Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin