Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
13:11 - 4 Oktyabr 2024
Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin 3 oktyabrda Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Manset.az xəbər verir ki, imzalanan sənədlər arasında “Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” də var.
Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviç imzalayıblar.
Sənəddə qarşı tərəfin iştirakı ilə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin