Xamənei 5 ildən sonra cümə xütbəsi edəcək

09:58 - 4 Oktyabr 2024

Xamənei 5 ildən sonra cümə xütbəsi edəcək

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei hakimiyyətdə olduğu 35 il ərzində 42 cümə namazının imamı olub.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə statistikanı “İran İnternational” yayıb.

Bildirilib ki, sonuncu dəfə o, imam cümə xütbəsini təxminən 5 il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunlarının komandanı general Qasem Süleymani öldürüldükdən sonra edib.

Onun başçılıq etdiyi cümə namazlarının bəziləri bunlardır: Xamənei rəhbərliyinin ilk illərində 1989-cu ildən sonra 9 aydan bir üç xütbə edib, 1991-92-ci illərdə bir cümə namazına başçı olub, 1993-cü ildə pişnamaz olmayıb. 1993-98-ci illərdə hər il iki cümə namazı qılıb. 1998-1999-cu illərdə hər il iki cümə namazına pişnamaz olub. 2001-ci ildə o, Tehranda cümə namazında xütbə oxuyub,

2000-2003-cü illər Xamənei hər il iki cümə namazı keçirib. 2006-cı ildən 2012-ci ilədək hər il bir dəfə cümə xütbəsi edib. Qasem Süleymaninin öldürülməsinədək isə heç bir cümə namazı xütbəsi etməyib.

Bildirilib ki, İranın ali rəhbəri ölkəsində və dünyada baş vermiş ən vacib hadisələr zamanı da xütbə edib. Məsələn, 1998-ci ildə İranda ziyalılar Dariuş Forohar və həyat yoldaşı Pərvanə İskəndərinin qətlə yetirilməsi ilə bağlı cümə namazına rəhbərlik edib.

O, bu gün Livanda “Hizbullah” lideri Həsən Nəsrullah, SEPAH komandirlərindən Abbas Nilofuruşənin və başqalarının öldürülməsi ilə cümə xütbəsi edəcək.

Xatırladaq ki, 1989-cu ildə ayətullah Xomeyni öləndən sonra onu Xamənei əvəzləyib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin