Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində yeni maddə
18 Noyabr 2024
12:30 - 8 Noyabr 2021
Ötən ilin bu gün işğaldan azad edilən Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb.
DİN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, erməni hərbi birləşmələrinin şəhər ərazisində atıb qaçmağa məcbur olduğu silah-sursatlardan təmizlənməsi üçün Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.
Belə ki, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.
Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin