Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
21:23 - 3 Oktyabr 2024
Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı ikitərəfli işçi qrupu yaradıb.
Manset.az xəbər veir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qrupun yaradılması barədə qərar 2024-cü il avqustun 19-da Prezidentlər İlham Əliyev və Vladimir Putin arasında Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələləri müzakirə edən görüşdən sonra qəbul edilib.
“Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozlar, monitorinqlərləri özündə əks etdirən tədbirlər planı hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar atılacaq”, - məlumatda bildirilir.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun həmsədrləri təyin ediliblər.
2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, Baş nazirin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin