“Qarabağ” məğlub oldu - YENİLƏNİB

22:42 - 3 Oktyabr 2024

“Qarabağ” məğlub oldu - YENİLƏNİB

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.

 

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

22:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

Manset.az xəbər verir ki, "Molde"nin futbolçusu Erik Botheym 47-ci dəqiqədə 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

21:48

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın ilk yarısından sonra hesab bərabərdir - 1:1. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

21:38

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ilk hissə başa çatıb.

Manset.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

21:12

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

Oyunda hesabı "Qarabağ" komandası açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

21:04

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyo fərqlənib - 1:0.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

20:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin