Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun

17:28 - 3 Oktyabr 2024

Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun

Oktyabrın 4-ü saat 06:00-dan başlayaraq Şamaxı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. 

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən (“Ekologiya postu” adlanan ərazidən) M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü kilometrinə qədər aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin