İranın İsrailə hücumlarında istifadə etdiyi “Fəttah” raketi - 1400 kilometr məsafə qət edir

16:11 - 3 Oktyabr 2024

İranın İsrailə hücumlarında istifadə etdiyi “Fəttah” raketi - 1400 kilometr məsafə qət edir

İran İsrailə 500-dən çox raket göndərərkən, bu raketlər arasında hipersəsli "Fəttah" raketinin də olduğunu açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Adı Əli Xamenei tərəfindən seçilən "Fəttah 1" ilk dəfə 2023-cü ildə İran İnqilab Keşikçiləri tərəfindən təqdim edilib. O, 1400 kilometr qət etmək qabiliyyətinə malikdir.

Fəttah ərəbcə “fəth”, “qələbə gətirən”, “qalib” deməkdir.

İran rəsmiləri atmosfer daxilində və kosmos sərhədində yüksək manevr qabiliyyətinə malik "Fəttah 1" raketini dayandıra biləcək hava hücumundan müdafiə sisteminin onilliklər ərzində hazırlana bilməyəcəyini iddia edirlər.

Həmçinin iddia edilir ki, İran nüvə proqramını davam etdirərsə , "Fəttah 1" raketi nüvə başlığı daşımaq gücündədir.

İranın İsrailin hücumlarında istifadə etdiyi “Fettah” raketi: 1400 kilometr məsafə, Xamneyinin adını daşıyır - 1

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin