Livan Rusiyadan diplomatik yardım istədi

15:48 - 3 Oktyabr 2024

Livan Rusiyadan diplomatik yardım istədi

"Livan Yaxın Şərqdəki münaqişənin həlli üçün Rusiyadan diplomatik yardım istəyir".

 

Manset.az xəbər verir ki, bunu Livanın Rusiya Federasiyasındakı səfiri Şavki Bu Nassar deyib.

Səfir xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Livanın xarici işlər naziri Abdullah Bou Həbib bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatında (BMT) görüş keçiriblər.

“Görüşlər zamanı mən BMT və digər beynəlxalq təşkilatlardan Yaxın Şərqdə diplomatik səyləri gücləndirməyi xahiş etdim”, - səfir bildirib.

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin