Dünyanın ən məşhur bankı böhranda - Sistem çökdü, hesablar sıfırlandı

14:25 - 3 Oktyabr 2024

Dünyanın ən məşhur bankı böhranda - Sistem çökdü, hesablar sıfırlandı

ABŞ-nin aparıcı banklarından biri olan "Bank of Amerika"da giriş problemi yaşanır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sosial mediada şikayətlərini bildirən istifadəçilərin bəziləri hesablarına daxil ola bilmədiklərini, bəziləri isə hesab balansını sıfır gördüklərini qeyd ediblər.

"Bu problemlər həll edilir. Hətta böyük hissəsi artıq həll olunub. Narahatlığa görə üzr istəyirik", - bank rəsmiləri məlumat verib.

Qeyd edək ki, sözügedən müəssisə dünyanın aparıcı maliyyə institutlarından biridir .

 


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin