Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
14:09 - 3 Oktyabr 2024
Çin iqtisadi çətinliklərlə üzləşsə də, ABŞ müdafiə sənayesi Çinlə ayaqlaşa bilməyib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Çin böyük miqyasda silah istehsal etmək qabiliyyətinə görə artıq ABŞ-ni geridə qoyub və bu göstəricidə dünyanın ən böyük gəmi istehsalçısına çevrilib.
Mənbələr qeyd edir ki, Çinin bu sahədə istehsal gücü ABŞ-dən təxminən 230 dəfə çoxdur.
2021-ci ildən 2024-cü ilin əvvəlinə qədər Çinin müdafiə sənayesi bazası 400-dən çox qabaqcıl döyüş təyyarəsi və 20 böyük döyüş gəmisi istehsal edib.
Həmçinin ölkə nüvə başlıqları ehtiyatını, ballistik və qanadlı raketlərin sayını iki dəfə artırıb, yeni görünməz bombardmançı təyyarə hazırlayıb.
Bundan əlavə, Çin eyni dövrdə peyk buraxılışlarını 50 faiz artırıb.
Hazırda Pekin silah sistemlərini Vaşinqtondan beş-altı dəfə tez əldə edir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin