Prezident İlham Əliyev almaniyalı həmkarına məktub göndərdi

11:52 - 3 Oktyabr 2024

Prezident İlham Əliyev almaniyalı həmkarına məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin