"Oradakı gizli seyfə nazir və müşaviri nəzarət edirdi" - ŞOK AÇIQLAMALAR
27 Noyabr 2024
11:45 - 3 Oktyabr 2024
İsrailin BMT-dəki daimi nümayəndəsi, səfir Denni Danon bildirib ki, İsrail İranın raket hücumlarına qarşı cavab tədbiri həyata keçirəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danon BMT-nin Baş Qərargahına təqdim etdiyi yazılı açıqlamada İranın İsrail ərazisinə raket hücumunu dəyərləndirib.
Onun sözlərinə görə, İranın İsmayıl Haniyə və Həsən Nəsrullahın öldürülməsinə görə qisas alması müdafiə məqsədi daşımır.
"İsrail bu cür təcavüz qarşısında səssiz qalmayacaq. İsrail cavab verəcək. Cavabımız qəti və bəli, çox ağrılı olacaq", - səfir bildirib.
Qeyd edək ki, sözügedən hücumlardan sonra İran BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, İsrailə raket hücumunun BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququna uyğun olaraq həyata keçirildiyini bildirib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin