Hava ilə bağlı XƏBƏRDARLIQ
3 Oktyabr 2024
11:32 - 3 Oktyabr 2024
“TikTok” bu ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videoçarxı silib.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb həmin videolarda icma qaydalarının pozulması halının aşkarlanmasıdır.
Belə ki, platforma icma qaydalarını pozan məzmunun bir nəfər belə baxmadan əvvəl silinməsini təmin edən avtomatlaşdırılmış moderasiya texnologiyalarını təkmilləşdirməyə davam edir. Nəticədə, bu texnologiyalar vasitəsilə qaydaları pozan videoların 80%-i avtomatik olaraq silinir, halbuki keçən il bu rəqəm 62% idi. Eyni zamanda, istifadəçilərdən şikayət daxil olmamışdan əvvəl məzmunun proaktiv olaraq silinməsi göstəriciləri də yüksəlib. 2024-cü ilin ikinci rübündə bu rəqəm silinən videoların ümumi sayının 98,2%-ni təşkil edib.
2024-cü ilin ikinci rübü üzrə İcma Qaydalarının İcra Hesabatına əsasən Azərbaycanda:
Həmin dövrdə, icma qaydalarının pozulması ilə əlaqədar olaraq dünya miqyasında:
Xatırladaq ki, keçən il Azərbaycanda icma qaydalarını pozduğuna görə ümumilikdə 2.071.243 video silinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin