"ProSport" klubunun növbəti filialı AÇILDI

09:57 - 3 Oktyabr 2024

Artıq 3 ildir paytaxtda fəaliyyət göstərən "ProSport" Gimnastika klubunun 5-ci filialının açılışı baş tutub.

 

Manset.az xəbər verir ki, açılışda yeniyetmə gimnastlarımızın əylənməsi üçün müxtəlif şoular təşkil olunub. 

"ProSport"Gimnastika Klubunun rəhbərliyi, beynəlxalq dərəcəli məşqçilər Leyla Hüseynli və Samira bildirib ki, bu son deyil yaxın zamanda daha bir klubumuzun açılışı baş tutacaq və gənc və yeniyetmə gimnastlarımızın istifadəsinə veriləcək.

Klub rəhbərliyi həmçinin ölkənin I Vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya idmana göstərilən diqqət və qayğı üçün təşəkkür edib.

"ProSport"  klubununnövbəti filialı AÇILDI


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin