"Fənərbağça" - "Beşiktaş" oyunu yarımçıq dayandırıldı

22:48 - 2 Oktyabr 2024

Türkiyədə "Fənərbağça" və "Beşiktaş" arasında keçirilən qadınlar arası FIBA Super Kubok matçı yarımçıq dayandırılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, oyunun startından sonra azarkeşlər arenaya yanıcı maddələr atmağa başlayıb.

Bunu görən qarşılaşmanın baş hakimi görüşü yarımçıq saxlayıb və tərəfdarlar tribunadan təxliyə edilib.

Sözügedən matç sabah yenidən təkrar keçiriləcək.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin