XİN-dən Mirzoyanın əsassız çıxışına CAVAB

20:46 - 2 Oktyabr 2024

XİN-dən Mirzoyanın əsassız çıxışına CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Arorat Mirzoyana cavab verib.

 

Manset.az xəbər verir ki, XİN sözçüsü məsələ ilə bağlı “X” hesabında paylaşım edib.

O paylaşımda bildirib ki, A. Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A. Hacızadə eyni zamanda qeyd edib ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

Belə ki, Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub.


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin