Mingəçevirdə maşın piyadanı vurub öldürdü

20:32 - 2 Oktyabr 2024

Mingəçevirdə maşın piyadanı vurub öldürdü

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 18:00 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin